Fransa parlamenti ölkə kəşfiyyatına terror şübhəlilərinə qarşı “asan casusluq” vasitələrindən istifadə icazəsi verən qanunu qəbul edib. Bu vasitələrə telefonların dinlənilməsi, habelə obyektlərə - mənzil və başqa yerlərə “böcəklər”in və gizli kameraların yerləşdirilməsi daxildir. İnsan haqları təşkilatları, habelə prezident Holandın Sosialist Partiyasından olan bəzi üzvləri bu qanunun qəbulu əleyhinə çıxırdılar. Lakin buna baxmayaraq, parlamentin aşağı palatası sözü gedən qanunu böyük səs çoxluğu ilə (438-86) qəbul edib. Yeni qanuna görə təhlükəsizlik rəsmiləri casusluq vasitələrindən istifadə üçün hakimin qərarını almalı olmayacaqlar. Bunun əvəzində yenicə yaradılmış məşvərət qurumuna müraciət kafi sayılacaq. Baş nazir Manuel Valls bu qanunun ABŞ-ın “Patriot Act” qanunun təqlidi olması barədə iddiaları rədd edib. O bildirib ki, hazırkı terror təhlükəsi şəraitində bu qanuna böyük ehtiyac var. Qanunun narahatlıq yaradan bir müddəası da internet fəaliyyətinin güdülməsi ilə bağlıdır. Bu qanuna görə internet provayderləri izləmə üçün siqnal kimi məzmunu yox, metaməlumatı əsas götürəcəklər. Bu isə “bomba”, “hücum”, cihad” kimi siyahısı əvvəlcədən hazırlanmış sözlərdən ibarətdir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.