Rusiyanın “Rosneft” şirkətinin direktorlar şurası İgor Seçinin bu quruma rəhbərlik müddətini daha beş il artırmaq barədə qərar qəbul edib. Dövlət şirkətində həmçinin Seçinin prezident kimi alacağı məvacibin məbləği açıqlanıb. Şuranın məlumatına görə Sechin ayda 15-20 milyon rubl (290-390 min dollar) maaş alacaq. Onun illik məvacibinin 240 milyon rubl (5 milyon dollar) olacağı bildirilib. Xəbər verilir ki, bu rəqəmə illik mükafat da əlavə olunanda 12 milyon dollar edir. Rusiya mediası bildirir ki, əvvəllər belə məlumatlar gizli saxlanırdı. Nə vaxtsa belə məlumat verdiyinə görə hətta “Forbes” jurnalına qarşı məhkəmə iddiası qaldırılmışdı.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.