banner
banner

İdman

“Qarabağ”ın mövqeyi bəlli oldu

“Qarabağ”ın mövqeyi bəlli oldu

Avrokubokların qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

Cia.az  xəbər verir ki, ilk “100-lük”də Azərbaycanın yalnız bir klubu yer alıb.

Avropa Konfrans Liqasında Kipr “Omoniya”sı ilə Bakıdakı 2:2 hesablı heç-heçə edən “Qarabağ” 25.000 xalla Avropada 59-cu yerə şərikdir. Qurban Qurbanovun yetirmələri “Başakşəhər”lə eyni göstəriciyə malikdir.

 

Azərbaycanın digər təmsilçilərindən “Neftçi” 7.000 xalla 162-ci pilləyə şərikdir. “Keşlə” 4.000 xalla 285-ci pilləni bölüşür. “Qəbələ” 3.500 xalla 301-ci pilləyə şərikdir. 3.400 xalı olan “Sumqayıt”, “Səbail” və “Zirə” isə 307-cidir.

Cədvələ 131.000 xala malik “Bayern” (Almaniya) başçılıq edir. 124.000 xalı olan “Mançester Siti” (İngiltərə) ikinci, 120.000 xalı olan “Liverpul” isə üçüncüdür.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.