Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani 14 nəfərin həlak olduğu helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
Cia.az xəbər verir ki, nazir bu barədə “Tviter” hesabında yazıb.
Paylaşımda deyilir:
“Dost qonşumuz Azərbaycanda baş vermiş faciəvi helikopter qəzasının acı xəbərini öyrəndim. Bu kədərli anda Azərbaycan xalqının yanındayıq. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalması diləyirik”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.