banner
banner

İdman

"Baku Fires" meksikalılara uduzdu

"Baku Fires" meksikalılara uduzdu

Mayın 6-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) ¼ final mərhələsinin ilk görüşü keçirilib.
Komandamız Meksikanın “Mexico Guerreros” komandası ilə qarşılaşıb. İlk yarış günündə çəkisi 49, 56, 64, 75, 91 kq olan boksçular rinqə çıxıb.
İlk döyüşdə “Baku Fires”in üzvü Rəsul Saliyev (49 kq) Jozelito Velaskes Altimirano (“Mexico Guerreros”) ilə rinqə çıxıb və idmançımız məğlub olub. Yaraş Maqomedov (56 kq) Alfredo Çirno Sançes arasında keçirilən döyüşdə də sevinən tərəf meksikalı idmançı olub.

Zaur Abdullayev (64 kq) Raul Kuriel Qarsiya arasında gərgin keçən görüşün qalibi rəqib komandanın idmançısı olub. 75 kq çəki dərəcəsində komandamızın üzvü Jaba Xositaşvili Rodrigez Olivasi məğlub edib. Ən ağır çəkidə Leonid Çernobayev isə Kastillyo Torres ilə qarşılaşıb.

“Mexico Guerreros” komandasının üzvü qalib gəlib. Komandamız ümumi hesabda 1:4 hesabı ilə məğlub olub. Mayın 7-də isə digər çəki dərəcələrində çıxış edən idmançılar güclərini sınayacaq. Qeyd edək ki, bu cütdə qələbə qazanan komanda yarımfinalda liqanın son qalibi “Cuba Domaderos”la görüşəcək və hər iki qarşılaşma rəqib meydanında olacaq. Digər ¼ finalda isə Rusiya boksçuları “İtalia Thunder”lə üz-üzə gələcək. Bu cütün qalibi isə “Astana Arlans”la üz-üzə gələcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.