Krımda saxlanan Ukraynanın "Azov" könüllü batalyonunun döyüşçüsünü ömürlük həbs cəzası gözləyir. Bu barədə Krımın baş prokuroru Natalya Poklonskaya açıqlama verib. Saxlanan şəxs keçən il Simferopolda Çukurça məscidinin yanğınında və respublika prokurorluğunun binasında terror aktının hazırlığına iştirakda ittiham edilir. "Onun törətdiyi əməllər görə, ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur", — Poklonskaya deyib. Krım prokuroru əlavə edib ki, saxlanılan şəxsin "Azov" batalyonunun üzvü olması barədə prokurorluqda kifayət qədər dəlil var. Poklonskaya həmçinin, ukraynalı radikalların bundan sonra Krıma girməyə cəhd etməyəcəklərini güman etdiyini deyib. "Xüsusi xidmət orqanları işləyir və bütün potensial radikallar bizə məlumdur." - deyə baş prokuror bildirib. Xatırladaq ki, Ukrayna milli qvardiyasının "Azov" könüllü batalyonunun üzvü Krım prokurorluğunun binasında terror aktı törətməyə hazırlıqda şübhəli bilinərək saxlanılmışdı. Partlayıcı maddəylə dolu çanta 2014-cü ilin avqustunda Simferopolda Krım prokurorluğunun binası yanında aşkar edilmişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.