Rusiyalı həkim Yelena Solomatina A vitamininin artıqlığının təhlükəsi barədə danışıb. Onun sözlərinə görə, bu maddədən həddindən çox istifadə xərçəngin inkişafına səbəb ola bilər.
“A vitamini antioksidantdır və onkologiyadan qoruyur, lakin onun həddindən artıq dozası, əksinə, onkologiyaya səbəb ola bilər”, - deyə mütəxəssis bildirib.
Həkim digər vitaminlərin həddindən artıq dozasının mümkün nəticələrindən də danışıb. Beləliklə, sintetik C vitamininin həddindən artıq olması böyrək daşlarının, allergik reaksiyaların yaranmasına, D vitamininin artıqlığı isə qaraciyər problemləri, ürək bulanması, başgicəllənmə, şüurun qarışıqlığı, qusma və ya qəbizliyin meydana gəlməsinə səbəb ola bilər.
E vitamininin həddindən artıq olması hamilələrdə dölün tələf olmasına da gətirib çıxara bilər.
K vitamininin çox yüksək dozası tərləmə və yüksək tempratur yaradır.
Həkim hər hansı bir vitamin qəbul etməzdən əvvəl mütəxəssisə müraciət etməyi məsləhət görüb.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.