banner
banner

Dünya

Belarus Ukraynaya nota verdi

Belarus Ukraynaya nota verdi

Belarus Ukraynaya nota verib.

Cia.az xarici mediaya istinadən xəbər verir ki, Belarus Müdafiə Nazirliyi Ukraynanın Minskdəki hərbi attaşesini nazirliyə çağırıb və ölkəsinə nota verildiyini bəyan edib.

 

Notanın verilməsinə səbəb dekabrın 4-ü Ukraynaya məxsus “Mi-8” tipli hərbi helikopterin Belarusun hava məkanını pozması olub. Belarus tərəfi iddia edir ki, helikopter Novaya Rudnia adlı ərazinin yaxınlığında Belarusun hava məkanını 1 kilometrə qədər pozub.

Ukrayna Dövlət Sərhəd Mühafizə Xidmətindən verilən açıqlamada isə Belarusun hava məkanının pozulması barədə iddiaların həqiqəti əks etdirmədiyi bildirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.