Suriyanın şimal bölgələrində daha böyük əraziləri ələ keçirən üsyançılar və onların müttəfiqləri prezident Bəşər Əsədi dəstəkləyən Livanın Hizbullah döyüşçülərinə qarşı yeni hücumlara hazırlaşır. Çərşənbə axşamı günü üsyançılar Qalamunda yeni müttəfiqliyin qurulacağını elan edib. Ötən il Suriya qüvvələri Hizbullah döyüşçüləri ilə birlikdə paytaxt Dəməşq yaxınlığındakı Qalamun bölgəsindən rəqib döyüşçüləri çıxarmışdı. Hücumlar Qusair şəhərində qızğın döyüşlərə yol açmışdı. İndi isə rəqib döyüşçülər Əsəd qüvvələrinin nəzarətində olan bu şəhərdə itkiləri, ötən ay koalisiyasının İdlib və Əl-Şuqor şəhərlərini ələ keçirdiyi şimal bölgələrdə mövcudluğunu bərpa etməyə çalışır.
Suriyanın rəqib döyüşçüləri və Hizbullah son zamanlar şəhərə hücumla bağlı onlayn təbiğatını gücləndirib. Keçən həftə sonu Əl-Nüsrə, döyüşçülərinin tankvuran silahlarla təlimlər keçdiyini nümayiş etdirən fotolar yayımlamışdı. Suriyanın rəqib qüvvələrinin komandirləri Amerikanın Səsinə bildirib ki, həmin silahlar Əl-Nüsrə tərəfindən ələ keçirilən silah cəbbəxanasından götürülüb.
ABŞ Dövlət Departamentinin rəsmisi Əl-Nüsrənin Əl-Qaidə ilə əlaqəsi olduğu üçün terror təşkilatı siyahısına salındığını bildirib. Hizbullah və Suriya hökuməti bildirib ki, Dəraa və Qunetrada olan İŞİD-in Əl-Nüsrəyə qarşı hücumlarından bəhrələnə bilərlər.
Livanın Əs-Səfir qəzetinin yazdığına görə, Əl-Nüsrənin komandirləri İŞİD-in bu iki vilayətdə hücuma keçməsinin Qalamun uğrunda döyüşləri səngidə biləcəyini etiraf edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.