"Qəbələ"nin yay hazırlıq planı müəyyənləşib. Ardıcıl ikinci dəfə Avropa Liqasına vəsiqə qazanan komanda Türkiyəyə yollanacaq. "Qəbələ" həmişəki kimi Antalyaya yoх, Ərzuruma üz tutacaq. Hazırlıq prosesi iyunun 8-də başlayacaq və ayın 24-dək davam edəcək. Lakin hazırlığın tarixi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun ev və ya səfərdə keçirilməsindən asılı olaraq dəyişə bilər. İlk oyun evdə keçirilsə, komanda vətənə elə iyunun 24-də qayıdacaq. Əks halda isə səfərə birbaşa Türkiyədən yollanacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.