banner
banner

Dünya

Ukrayna ABŞ-dan hərbi kömək istədi

Ukrayna ABŞ-dan hərbi kömək istədi

Ukrayna hakimiyyəti ABŞ-dan Əfqanıstanda Taliban hakimiyyətə gəlməmişdən əvvəl Əfqanıstana göndərilmiş Amerika silahlarının bir hissəsini Kiyevə təhvil verməsini xahiş edib.

 

Cia.az xəbər verir ki, bu barədə  "Foreign Policy" jurnalı yazıb.

 

Məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Oleksiy Reznikov noyabr ayında Vaşinqtona səfəri zamanı ABŞ-dan silah tədarükünü artırmağı, o cümlədən Vaşinqtonun əvvəllər Kiyevə göndərmədiyi sistemləri təmin etməyi xahiş edib. Reznikov xüsusilə hava və dəniz müdafiəsi, eləcə də elektron müharibə sahəsində yardım istəyib.

 

Bundan əlavə, ABŞ-a məxsus Mi-17 helikopterlərinin Ukraynada texniki baxışdan keçdiyi deyilir.  

 

Öz növbəsində, Vaşinqton administrasiyası, jurnalın yazdığına görə, Ukrayna Silahlı Qüvvələrini gücləndirmək üçün bir sıra addımları nəzərdən keçirir, lakin onların əksəriyyəti Reznikovun tələbini yerinə yetirmir. Belə ki, Dövlət Departamenti və Pentaqon Kiyevi daha çox tank əleyhinə silahla təmin etmək üçün Konqreslə danışıqlar aparır. Vaşinqton Ukraynaya hərbi müşavirlər göndərmək imkanlarını da araşdırır. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.