Çili prezidenti Mişel Baçelet (Michelle Bachelet) höküməti istefaya göndərib. Prezident bir neçə gündən sonra yeni nazirlər kabinetinin tərkibini elan edəcəyini bildirib. “Bir neçə saat əvvəl mən bütün nazirlərimin istefa verməsini xahiş etmişəm və mənə onlardan kimin qalacağı, kimin gedəcəyini müəyyən etmək üçün bir neçə saat lazımdır”, - deyə, Baçelet Çili televiziyasının efirində bəyan edib. Miçel Baçelet Çilidə prezident vəzifəsində ilk qadındır. Çilidə hökumət dəyişikliyi onun prezident vəzifəsinə gəldiyindən cəmisi 14 ay keçmiş baş verir.
Bir sıra korrupsiya qalmaqalından sonra son həftələr ərzində Baçeletin seçki reytinqi ən aşağı səviyyəyə düşüb. Sosioloji sorğuların nəticələrinə əsasən, hazırda prezidentin fəaliyyətindən respondentlərin 64 faizi narazıdır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.