banner
banner

İdman

Ronaldodan duyğulandıran addım - FOTO

Ronaldodan duyğulandıran addım -

Nepalda 7 mindən çox insanın ölümünə səbəb olan təbii fəlakətə dünya ulduzları da biganə qala bilmir. Cia.az-ın məlumatına görə, Kriştiano Ronaldo zəlzələdən əziyyət çəkənlərə 7 milyon avro yardım edib. 
"Real Madrid"in ulduz siması pulu "Save The Children" (Uşaqları qoruyun) vəqfinə bağışlayıb. 
Futbolçu Nepalda minlərlə insanın ölümünə, yaralanmasına və evsiz qalmasına səbəb olan fəlakətə sosial şəbəkədəki səhifəsindən diqqət çəkməyə çalışıb. 
O, uşaqların belə ağır vəziyyətdən çıxarılması üçün hər kəsin səfərbər olması gərəkdiyini qeyd edib. 
Xatırladaq ki, bundan öncə də o Qəzzada hərbi əməliyyatlardan zərərçəkən uşaqlara yardım əlini uzatmış onlara 1,5 milyon avro bağışlamışdı. 
Nepalda 7,8 bal gücündə zəlzələ aprel ayının 25-də baş verib. Fəlakət nəticəsində yüzlərlə ev dağılıb. Ölənlərin sayı 8 minə yaxınlaşır. Onlarla ölkə, o cümlədən Azərbaycan Nepala humanitar yardım göndərib. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.