Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin etmək barədə razılığa gəliblər. “Haber-Türk” xəbər verir ki, bunu bazar ertəsi Türkiyə parlamentində çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar çərçivəsində nümayəndələr təyin edəcəyik. Eyni zamanda İstanbul və İrəvan arasında çarter reysləri başlayacaq", - nazir bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan KİV-i uçuşların oliqarx, deputat Xaçatur Sukiasyana məxsus “Flyone Armenia” şirkətinin həyata keçirəcəyini bildirmişdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.