Türkiyə Super Liqasının 16-cı turunun son qarşılaşmaları oynalınıb.
Yenisabah.az xəbər verir ki, Avroliqada uğurla yoluna davam edən və qrupu lider bitirib 1/8 finala vəsiqə qazanan "Galatasaray"ın yerli çempionatda işləri heç də yaxşı getmir. "Cim-bom" növbəti xal itkisi ilə üzləşib. Fatih Terimin komandası Sivas səfərindən xalsız qayıdıb - 0:1.
Digər matçda isə "Fənərbaxça" "Qazinatep"in qonağı olub. 5 qol vurulan matçda meydan sahibləri qələbə qazanıblar.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 39 xalla “Trabzonspor” başçılıq edir. Ondan 9 xal geri qalan “Konyaspor” ikinci, sonuncudan bir xal geri qalan “Hatayspor” isə üçüncü pillələrdə qərarlaşıblar.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb