banner
banner

İdman

İlin ən uzunmüddətli qol seriyaları açıqlanıb

İlin ən uzunmüddətli qol seriyaları açıqlanıb

2021-ci ilin ən uzunmüddətli qol seriyaları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) il ərzində ardıcıl ən çox oyunda fərqlənən futbolçuların adlarını açıqlayıb.

Siyahıya “Bavariya”nın hücumçusu Robert Levandovski başçılıq edir. İlin ən yaxşı hücumçusu seçilən polşalı 15 fevral - 22 may tarixləri aralığında ardıcıl 14 matçda ümumilikdə 22 dəfə fərqlənib. Bunun 12-si “Bavariya”nın, 2-si isə Polşa yığmasının oyununa təsadüf edib. Uğurlu seriya iyunun 1-də Polşa millisinin Rusiya (1:1) ilə yoldaşlıq görüşündə pozulub.

 

Levandovskini danimarkalı Kasper Yunker izləyir. 12 oyundan ibarət ikinci ən uzun seriyaya malik Yunker bunun 9-nu “Bode-Qlimt”də, 3-nü isə sonradan transfer olunduğu “Urava Reds”də vurub

Cədvəldə ilk “üçlüy”ü isə Nemanya Bilbiya qapayıb. “Jrinski”nin bosniya və herseqovinalı oyunçusu ardıcıl son 10 matçda rəqib qapılarına yol tapıb. O, seriyası 2022-ci ildə də davam etdirə bilər.

Qeyd edək ki, Robert Levandovski bu il bütün yarışlarda ardıcıl 19 görüşdə fərqlənməyi bacarıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.