banner
banner

İdman

Zərbədən Mahir Emrelinin başı şişib

Zərbədən Mahir Emrelinin başı şişib

Polşanın "Legiya" klubunda azarkeşlərin hücumuna məruz qalan Mahir Emrelinin durumu haqqında yeni məlumatlar yayılıb.

 

Cia.az xarici KİV-lərə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu hadisədən sonra beyin silkələnməsi olub-olmadığını yoxlamaq üçün xəstəxanada müayinədən keçib.

 

Forvardın baş nahiyəsində şiş əmələ gəldiyi müəyyənləşib və onda baş ağrısı da olub. Həkim Emreliyə ehtiyatlı olmağı tövsiyə edib. Futbolçu bu səbəbdən dekabrın 14-də komandanın məşqində iştirak etməyib və bu gün "Zaqlembe" ilə matçda oynamayacaq.

 

Bundan əlavə, Varşava təmsilçisinin idman direktoru Radoslav Kuxarski hücumçunun durumu ilə maraqlanmaq üçün onunla görüşüb.

 

Qeyd edək ki, fanatlar Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduğu Ekstraklasanın XVIII tur oyunundan sonra "Legiya"nın futbolçularına hücum edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.