İran İnqilab Keşikçiləri Korpusunun komandan müavini Hüseyn Selami ABŞ başda olmaqla Qərb ölkələrinə meydan oxuyub. Ölkəsinin dövlət televiziyasına danışan Hüseyin Selami İranın uzun müddətli müharibəyə hazırlıqlı olduğunu və ABŞ ilə yaşana biləcək döyüşü müsbət qarşılayacaqlarını bildirib. İranlı general ABŞ tərəfindən İrana yönəlik edilən hərbi təhdidləri qiymətləndirərkən qeyd edib ki, "ən təhlükəli ssenarilər"ə hazırdırlar: "ABŞ təhdidlərlə psixoloji təsir etmək niyyətində olsa belə biz bunu ciddi qəbul edirik. Əgər təhdidlər realdırsa onda da döyüş meydanında gerçəkləri göstərməyə hazırıq. Döyüş meydanı gerçək hərbi potansialımızı göstərəcəyimiz yer olacaq".
ABŞ-ın dünyanın müxtəlif nöqtələrindəki hava bazaların İrana qarşı istifadə edildiyi halda həmin məkanların məhv ediləcəyini deyən Hüseyin Selami qeyd edib ki, nüvə müzakirələri zamanı təhdidlər qəbuledilməzdir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.