Türkiyə Böyük Millət Məclisinin (TBMM) ötən gecə keçirilən plenar iclasında akademik heyətin alacağı əməkhaqqı və əlavə ödənişlər barədə qanun layihəsi qəbul olundu.
Bu qanuna görə, professor, dossent, elmi işçilər, repetitorlar, müəllimlərə və s. akademik personala əlavə təzminat ödəniləcək.
Bundan başqa “Akademik təşviq ödənişi” adı ilə yeni bir ödəniş də olacaq.
Akademik heyətin ölkədə və xaricdə başa vurduğu layihələr, araşdırmalar, nəşrlər və mükafatlar əsas götürülərək illik akademik təşviq balı hesablanacaq.
Əldə olunan ballar nisbətində “Akademik təşviq ödənişi” veriləcək.
Türkiyə Silahlı Qüvvələri (TSK) sıralarında olan akademik heyət də müvafiq qanundan istifadə edə biləcək.//Anspress
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.