Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin sevgilisi olan Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko bildirib ki, siyasətçinin yaddaşında problemlər yaranmağa və əlilliyə səbəb ola biləcək fəsadlar inkişaf etməyə başlayıb.
"Bir sıra fəsadlar var ki, onlar nevroloji xəstəliklərlə bağlıdır. Bu fəsadlar onun hərəkət və yeriməsinə, hərəkətlərinin koordinasiyasına, yaddaşına çox mənfi təsir edir. Təəssüf ki, onun çox ciddi problemləri var. Əlilliyə səbəb ola biləcək simptomatik xəstəliklər çox güclü şəkildə inkişaf edir”, - deyə Yasko “Facebook”da yayım zamanı bəyan edib.
Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. O, oktyabrın 2-də keçirilən yerli seçkilər ərəfəsində vətənə qayıdıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.