Türkiyə Kocaeli vilayətinin Gebze rayonunda olan qadın həbsxanasında keşik çəkən əsgərə naməulm şəxslər odlu siladan atəş açıb. Hadisə yerli vaxtla saat 23.15-də (Bakı vaxtıyla 01.15) baş verib. Yoldan keçən avtomobildə olan şəxs və şəxslər nəzarətçi əsgərlərin olduğu keşikçi qülləsinə 6 dəfə atəş açıb. Hadisə zamanı qüllədə əsgərlər olsa da xöşbəxtlikdən xəsarət alan olmayıb. Hadisənin baş verdiyi yerə çox sayda polis, jandarm və hüquq-mühafizə orqanları cəlb olunub. Qara rəngli olduğu bildirilən avtomobilin əlamətləri rediostansiya ilə anons edilərək axtarışa başlanılıb. Avtomobilin keçdiyi yoldan isə 13 ədəd boş güllə gilizi aşkarlanıb. Faktla bağlı araşdırmalar davam edir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.