Dağıstanın Mahaçqala şəhərində mayın 5-6-da Fazişm üzərində qələbənin 70 illiyinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasından bildirilib ki, kiçik yaşlı yeniyetmə sərbəst güləşçilərdən ibarət yığma komandamızın üzvləri turnirdə iştirak edib. Dör düyzdən çox iştirakçının qatıldığı yarışda güləşçilərimiz 2 bürünc medal qazanıb. Yığma komandanın heyətində Səxavət Qarayev (32 kq) və Məmməd Əhmədov (46 kq) fərqlənib.
Yığma komandanın üzvləri məşqçilər Namiq Quliyev və Mehman Nəcəfovun rəhbərliyi altında turnirdə mübarizə aparıb. Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakim Bəşir İsazadə təmsil edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.