banner
banner

Dünya

Rusiyada Şaxta baba məhkəməyə verildi

Rusiyada Şaxta baba məhkəməyə verildi

 

 

Rusiyanın Sankt-Peterburq şəhərinin sakini, ixtisasca vəkil olan kişi məhkəmədə Şaxta babaya qarşı iddia qaldırıb.

O, Yeni ilin əsas simvolu sayılan Şaxta babadan 10 milyon rubl pul (230 min manat) təzminat və 23 hədiyyə tələb edir.

 

Sankt-Peterburq sakini İqor Mirzoyev iddia edir ki, son 23 ildə onun Yeni il arzularının heç biri gerçəkləşməyib.

Şaxta babadan şikayət edən Rusiya vətəndaşı bildirib ki, 1998-ci ilə qədər Yeni il ağacının altından hədiyyələr tapsa da, növbəti illərdə artıq arzusu ürəyində qalıb.

Şikayətçi bildirib ki, onun mənzil, avtomobil, bağ evi, dünyanı gəzmək, eləcə də banklardan birində səhmlərinin olmasına dair arzularından heç biri bü günə qədər çin olmayıb.

Şikayətin məhkəmə tərəfindən baxılmaq üçün icraata götürülməsi barədə hələlik məlumat verilmir.

Mənbə: Rosbalt.ru



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.