Ukrayna prezidenti Pyotr Poroşenko Moskvada mayın 9-da təşkil olunacaq Qələbə paradına qatılmaqdan imtina edən xarici dövlətlərin başçılarına Ukrayna xalqı adından minnətdarlığını bildirib. Bu barədə Ukrayna prezidenti mayın 7-də Polşanın Qdansk şəhərində "Avropaya inteqrasiya İkinci Dünya müharibəsindən sonra alınan dərs" mövzusunda təşkil olunan siyasi müzakirələrdə deyib. O bildirib: "Mən faşizm üzərində qələbənin 70-ci ildönümünə həsr edilən təntənəli mərasimlərdə iştirakdan imtina edən dövlət başçılarına dərin təşəkkürümü çatdırıram. Mayın 8-də Ukrayna xalqı İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad etmək üçün ilk dəfə avropalılara qoşulacaq. Mayın 9-da isə Moskvada parad keçiriləcək və orada indi Donetskdə tətbiq edilən silah göstəriləcək. Təbii ki, Ukrayna bu paradda iştirak barədə təklifi qətiyyətlə rədd etdi."
P.Poroşenko söyləyib ki, əgər Avropa Ukraynanı dəstəkləməyəcəksə, onda, o, özünü satmış olacaq.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.