Dünyada Milad bayramı ərəfəsində 4300-dən çox reys ləğv edilib.
Cia.az “İnterfaks”a istinadən xəbər verir ki, buna səbəb koronavirusa yoluxma hallarının artması və “Omicron” ştamının yayılması olub. Bildirilir ki, təkcə dekabrın 24-ü bütün dünya üzrə 2300-dən çox reys ləğv edilib.
İlk dəfə Afrikada aşkar olunan “Omicron” ştamı dünyada sürətlə yayılmağa davam edir. Hazırda 110 ölkədə bu ştama yoluxma qeydə alınıb.
Qeyd edək ki, milyardlarla xristian bu gün Milad bayramını qeyd edir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.