banner
banner

Dünya

Egey dənizində 3 gündə 30 miqrant öldü

Egey dənizində 3 gündə 30 miqrant öldü

Ötən həftə Egey dənizində 3 gündə 3 miqrant fəlakətində 30 nəfər həyatını itirib.

Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstan ərazi sularında baş verən fəlakətlərdə insan qaçaqmalçılarını günahlandırıb.

Çərşənbə günü əksəriyyəti iraqlı olan 50 miqrantı daşıyan qayıq Santorini və Foleqandros adaları yaxınlığında batıb.

3 nəfərin meyiti tapılıb, 13 nəfər qaça bilib. Onlarla insan itkin düşüb.

Xilas edilən qaçqınlar Santorini adasına köçürülüb.

İkinci fəlakət cümə axşamı Krit adası ilə Peloponnes arasında baş verib. Miqrant qayığı aşıb.

İtaliyaya getməyə çalışan immiqrantlardan 11-i həyatını itirib, 27-si uşaq olmaqla 90 nəfər xilas edilib.

Cümə günü təxminən 80 immiqrantı daşıyan qayıq Paros adasında batıb.

Hadisə zamanı biri körpə olmaqla 16 nəfər həyatını itirib, 63 nəfər isə xilas edilib.

İtkin düşənlərin axtarışı davam edir.

 

 

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.