“Barselona”nın sabiq futbolçusu “Qarabağ”a qarşı oynaya bilər
“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” heyətini məşhur futbolçu ilə gücləndirmək istəyir.
Cia.az xəbər verir ki, Fransa klubu qış fasiləsində “İnter”in üzvü Arturo Vidalı transfer etməyə çalışacaq.
2012-2016-cı illərdə Çili millisinə rəhbərlik etmiş “Marsel”in argentinalı baş məşqçisi Xorxe Sampaoli “Yuventus”, “Bayern”, “Barselona” kimi klublarda oynamış sabiq yetirməsini komandasında görmək istəyir.
Vidalla bağlı yeganə problem aldığı məvacibdir. “İnter”də aylıq maaşı 500 min avro olan 34 yaşlı yarımmüdafiəçinin məbləğdə güzəştə gedib-getməməsi keçiddə həlledici rol oynaya bilər. Onun “neradzurra” ilə müqavilə müddəti mövsümün sonuna qədər olsa da, əsas heyətə düşə bilmədiyi üçün yanvarda ayrılmağı planlaşdırır.
Qeyd edək ki, “Marsel”lə “Qarabağ” arasında oyunlar fevralın 17-də və 24-də baş tutacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb