banner
banner

İdman

İranlı idmançılar Xankəndiyə gəlir? - Səfirlikdən AÇIQLAMA

İranlı idmançılar Xankəndiyə gəlir?

Azərbaycanın Xankəndi şəhərində keçirilən qarışıq döyüş növləri üzrə iranlı idmançıların iştirakı təkzib olunub.

Cia.az  xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən bildirilib.


"Özünü İran vətəndaşı kimi təqdim edən bir neçə şəxsin 28 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində döyüş yarışlarında iştirakı ilə bağlı bildirmək istərdik ki, İran İslam Respublikasında MMA (qarışıq döyüş növləri) qeyri-ənənəvi döyüş idmanı zorakılıq səbəbi ilə, həmçinin mərclə əlaqəsi olduğu üçün rəsmən tanınmır və qadağan olunmuş oyunlar sırasındadır. Buna görə də, bu döyüş növünün İran İslam Respublikasında heç bir federasiyası yoxdur. Bu sahə ilə məşğul olanlar isə gizli və qeyri-qanuni fəaliyyət göstərirlər.

Dekabrın 28-də Azərbaycan Respublikasının Xankəndi şəhərində keçirilən yarışların iştirakçılarının İran İslam Respublikasının İdman Nazirliyi ilə heç bir əlaqəsi yoxdur və onlar dünyanın istənilən yerində qeyri-qanuni olaraq yarışlarda iştirak edirlər".
 

Səfirlik bu şəxslərin Xankəndi şəhərində adı keçən qanunsuz yarışlarda iştirakı ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyinin siyasəti arasında əlaqənin olmadığını bir daha vurğulayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.