Bu gün Topaz Premyer Liqasında XXXIII tura start verilib. İlk gündə turun 3 qarşılaşması baş tutub.
"Qarabağ" "Xəzər Lənkəran"ın qolnağı olub və heç-heçəyə razılaşıb - 1:1. "Qəbələ" səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəlib. "Neftçi" isə biabırçı hesabla uduzub - 0:4. Bu oyunda "İnter"dən Səlahət Ağayev, "Neftçi"dən Mirhüseyn Seyidov qırmızı vərəqə alıb.
Qeyd edək ki, tura sabah keçiriləcək "Bakı" - AZAL oyunu ilə yekun vurulacaq. "Araz Naхçıvan" çempionatdan çıхdığından "Simurq" bu turda istirahət edəcək.
Premyer Liqa 2014/15 mövsümü IV dövrə, XXXIII tur
8 may Xəzər Lənkəran - Qarabağ 1:1 Qollar: Ağabala Ramazanov, 78 - Leroy Corc, 80.
Sumqayıt - Qəbələ 0:2 Qollar: Aleksey Qay, 39. Viktor Mendi, 41.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.