Avropa Super Liqası layihəsi 2022-ci ildə geri qayıda bilər
Futbol üzrə Avropa Super Liqası layihəsi 2022-ci ildə geri qayıda bilər.
Cia.az "Financial Times"a istinadən xəbər verir ki, İspaniyanın "Real Madrid", "Barselona" və İtaliyanın "Yuventus" klubu cari ildə turnirə başlamaq imkanını müzakirə edir.
Qeyd edək ki, "Barselona", "Real Madrid" və "Yuventus"un təsis etdiyi Superliqada İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb