Sudanın baş naziri Abdullah Hamduk vəzifəsindən istefa verdiyini açıqlayıb.
“Mən məsuliyyəti öz üzərimə götürmək və baş nazir postundan istefa verdiyimi elan etmək, həmçinin bu nəcib ölkənin başqa bir kişisinə və ya qadınına şans vermək qərarına gəldim”, - deyə o, dövlət televiziyasında açıqlamasında bildirib.
O, Xartumda yeni nümayişlər zamanı üç etirazçının öldürülməsindən bir neçə saat sonra istefa verib.
Sudanda oktyabrdan başlayan etirazlarda 50 nəfərdən çox insan həyatını itirib.
Hamduk 2019-cu ilin avqustundan baş nazir postunu tutub.
Lakin 2021-ci ilin oktyabr-noyabr aylarında ölkədə dövlət çevrilişi baş verəndə o, hakimiyyətdən uzaqlaşdırıldı. Hamduk yalnız noyabrın 21-də Sudan ordusu ilə siyasi bəyannamədə razılaşdıqdan sonra vəzifəsinə bərpa edilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.