Braziliyada bu ilin əvvəlindən bəri 746 min "denqe" epidemiyasına yoluxma halı qeydə alınıb. Epidemiya ölkənin 9 ştatında müşahidə edilib. Bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb. Buna baxmayaraq, denqe epidemiyasının ölkə miqyasında yayılması ehtimalı azdır. Yoluxma hallarının yarısı San-Pauluda qeydə alınıb, üstəlik bu şəhərdə göstərici ötən ilki ilə müqayisədə 3 dəfə artıb. Ölkə üzrə isə denqe epidemiyasına yoluxanların sayı 2014-cü ilin bu dövrü ilə müqayisədə 235% artıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.