Çeçen respublikasından Donetskə humanitar yardım karvanı daxil olub. Bu barədə İnterfaks Çeçenistan başçısı Ramzan Kadırova istinadən xəbər verib. Onun sözlərinə görə maşın karvanı Donetskə 150 ton ərzaq və ilkin ejtiyac malları çatdırıb. Yardım ilk növbədə Böyük vətən müharibəsi veteranlarına yönəldilib. Ramzan Kadırov qeyd edib ki, humanitar yardımı Rusiya qəhrəmanı Əhməd-Həci Kadırov adına regional ictimai fond maliyyələşdirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.