banner
banner

İdman

“Neftçi”nin Müşahidə Şurasından - 8 yeni qərar

“Neftçi”nin Müşahidə Şurasından -

"Neftçi"nin təlim məşq bazasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. 
Cia.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə şura üzvlərinə ilk iclasda qəbul olunmuş qərarların icrasına dair hesabat təqdim olunub və gündəlikdə olan məsələlər müzakirə edilib:

1. "Neftçi"nin yeni strukturu və iş sisteminə uyğun olaraq hazırlanmış ştat cədvəli Müşahidə Şurası tərəfindən təsdiq olunub.
2.
 "Neftçi"nin rəsmi loqotipinin yenilənməsi ilə bağlı ictimaiyyətdə, azarkeşlər arasında keçirilmiş sorğunun nəticələri Müşahidə Şurasına təqdim olunub. Sorğuya əsasən hazırki loqotipin saxlanmasının leyhinə fikir bildirən azarkeşlərin rəy çoxluğu nəzərə alınaraq  hazırki loqotipin saxlanmasına qərar verilib.
3. İclasda şura üzvlərinə yeni yaradılacaq "Neftçi"nin muzeyinin layihəsi təqdim edilib və layihəyə əsasən muzeyin 8-ci km qəsəbə stadionunda təsis edilməsinə qərar verilib.
4.
 "Neftçi"nin  iqtisadi baxımdan səmərəli şəkildə fəaliyyət göstərə biləcək "Fan shop"unun təsis edilməsi ilə bağlı AFFA ilə əməkdaşlıq məsələsi müzakirə olunub. İlkin olaraq əldə edilmiş razılığa əsasən əlavə xərclərin aradan qaldırılması məqsədi ilə "Neftçi"nin məhsullarının milli komandaların rəsmi "Fan shop" məntəqələrində satışa çıxarılması səmərəli hesab edilib.
5. İclasda Azərbaycan Kubokunun final oyunu-"Qarabağ" - "Neftçi"  matçına hazırlıq məsələləri müzakirə edilib.
6.
 İclasda “Neftçi”nin əsas komandası yeni mövsümə hazırlıq məsələsi müzakirə olunub. Təqdim olunmuş təqvim planına əsasən komandanın yay təlim-məşq prosesinin 17-28 iyun tarixləri aralığında Avstriyada təşkil olunması və toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi təsdiqlənib. Hazırlıq planına əsasən "Neftçi" UEFA Avropa Liqasının iyunun 22-də baş tutacaq püşkatmasının nəticəsindən asılı olaraq Bakıya, yaxud rəqib klubun təmsil olunduğu ölkəyə səfər edəcək.
7.
 İclasda klubun  inkişaf strategiyasının hazırlanaraq Müşahidə Şurasına təqdim edilməsi ilə bağlı qərar qəbul edilib.
8.
 İclasda klubun transfer siyasəti, seleksiya prosesi, eləcə də gündəlikdə olan cari məsələlər müzakirə edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.