Babasil (hemorroy) daha çox submukoz damarların genişlənərək bayıra çıxması ilə yaranır. Hətta heç bir şikayəti olmayan 3 insandan 2-də babasil aşkarlanıb.
Hemorroy – düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsindən ibarətdir.
Qəbizlik, düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında bu düyünlərin öz yerini dəyişməsi - aşağıya doğru sürüşməsi baş verir. Bir çox hallarda düyünlərin ölçüləri xeyli artaraq anal dəlikdən xaricə çıxmasına, qanaxmaya, ağrıların yaranmasına səbəb olur.
Babasilin internal (daxili), external (xarici) olaraq iki növü var.
Daxili hemorroy çox ağrı və qaşıntıya səbəb olmaz. Fasilələrlə qanamalar yaşana bilər.
Xarici hemorroy isə çox vaxt ağrı və göynəmə ilə özünü göstərir. Ələ dəyən dəri qabarcıqlarından başqa heç bir əlamət xəstəni narahat etməz. Bəzən genişlənmiş damarlara tikan batarmış kimi şiddətli ağrı və şişlik, qızartı meydana gəlir.
Bu hala tromboze eksternal hemorroy deyilir.
Babasildən qorunmaq üçün nələr etməliyik? Aile.lent.az babasildən qorunmağın yollarını təqdim edir:
Liflə zəngin qidalarla qidalanın
Nəcis ifraz edən zaman gücənməyin
Qəbzlikdən qorunun
Spirtli içki, acı bibər və ədviyyatlı qidalardan uzaq durum.
Uzun müddət hərəkətsiz oturmayın, ayaq üstə qalmayın.
Müntəzəm idman edin, hər saat başı 5 dəqiqə gəzin.
Çoxlu su için.
Nəcis ifrazından sonra narahat olursuzsa, ilıq su vannasında oturun.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.