banner
banner

Sağlamlıq

“Omikron“a qarşı peyvənd nə vaxt hazır olacaq? - AÇIQLANDI

“Omikron“a qarşı peyvənd nə vaxt hazır olacaq? - AÇIQLANDI

"Pfizer" "omicron" ştamına qarşı peyvəndin hazır olacağı tarixi açıqlayıb. 

Amerikanın "Pfizer" şirkətinin koronavirusun "omicron" ştamına qarşı peyvəndi yazda hazır olacaq.

Cia.az xəbər verir ki, bu barədə "Pfizer"in baş direktoru Albert Burla bildirib.

"Peyvənd bu ilin mart ayında hazır olacaq", - deyə Burla qeyd edib. O, bildirib ki, istehsal prosesi artıq başlayıb. Onun sözlərinə görə, peyvənd təkcə "omicron" ştamına qarşı deyil, həm də digər variantlara qarşı effektiv olacaq.

Xatırladaq ki, daha əvvəl şirkət Paxlovid koronavirusa qarşı preparatın müvəqqəti qeydiyyat şəhadətnaməsinin alınması üçün Avropa Dərman Agentliyinə (EMA) müraciət edib. 

Dərman xəstəliyin ağır formasına keçmə riski yüksək olan 12 yaşdan yuxarı yeniyetmələr və böyüklərdə yüngül və orta gedişatlı koronavirus infeksiyasına yoluxmanın müalicəsi üçün nəzərdə tutulub. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.