banner
banner

Maraqlı

Üç ildən sonra “Oskar”da ilk

Üç ildən sonra “Oskar”da ilk

“Oskar” kino mükafatının təqdimetmə mərasimi son üç ildə ilk dəfə aparıcı ilə keçiriləcək.

Cia.az xəbər verir ki, bu barədə “Variety” jurnalı ABC telekanalının əyləncə bölməsinin başçısı Kreyq Erviçə istinadən yazıb. Mərasimi yayımlayacaq telekanalın nümayəndəsi aparıcının adını açıqlamayıb. 

Qeyd edək ki, mükafatlandırma mərasimi 2019-cu ildən – komediya aktyoru Kevin Hartın bu roldan imtina etdiyi vaxtdan aparıcısız keçirilirdi. Buna səbəb onun homofobiyada ittiham edilməsi olmuşdu.

Sayca 94-cü “Oskar” martın 27-də mərasimin keçirildiyi ənənəvi “Dolby” teatrında (Los-Anceles) keçiriləcək. Namizədlərin siyahısı fevralın 8-də açıqlanacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər

Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.

Pendir əhvalı yaxşılaşdırır

Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur. Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər