banner
banner

İdman

“Qarabağ” Polşa klubunun qapıçısını heyətinə qatdı -FOTO

“Qarabağ” Polşa klubunun qapıçısını heyətinə qatdı

 

 

“Qarabağ” Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili ilə müqavilə imzalayıb.

Cia.az xəbər verir ki, 22 yaşlı futbolçu Polşanın “Yaqelloniya” klubundan mövsümün sonuna qədər icarəyə götürülüb.

 

Quqeşaşvilinin “Qarabağ”la icarə müqaviləsi başa çatdıqdan sonra onun transfer hüququnu əldə etmək səlahiyyəti Ağdam klubuna məxsusdur.

Transfer qiyməti 450 min avro kimi dəyərləndirilən Luka Quqeşaşvili ölkəsində Tbilisi “Dinamo”sunda, “Dila”da oynayıb, Polşanın “Yaqelloniya”, “Podlasye” və İspaniyanın “Rekre Qranada” klublarında legioner həyatı yaşayıb. O, sonuncu dəfə “Dila”da icarə əsasında çıxış edib.

Qeyd edək ki, əsas qapıçı Şahruddin Məhəmmədəliyev zədəli olduğundan, “Qarabağ” bu transferə ehtiyac görüb.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.