banner
banner

İdman

İbrahimoviçi belə öldürmək istədilər

İbrahimoviçi belə öldürmək istədilər

2012-ci ildə 8 nəfəri qətlə yetirdiyinə görə hazırda ömürlük azadlıqdan məhrum olunan Peter Manqs bir neçə il bundan əvvəl İsveç millisinin üzvü Zlatan İbrahimoviçi öldürmək istəyib.
Həbsxanada kitab yazan cinayətkar xatirə dəftərində vaxtı ilə isveçli hücumçunu qətlə yetirmək istədiyini yazıb. Peter Maqns hadisəni belə təsvir edib:

“Malmödə gəzəndə futbolçunun “Ferrari” avtomobilini dayanacaqda düzgün saxlamadığını gördüm. Onun bu hərəkəti məni qəzəbləndirdi. Əgər yanımda silah olsaydı, futbolçunu vurardım.

Lakin yenə də dözmədim və silah götürmək üçün evə qayıtdım. Lakin hadisə yerindən uzaqlaşanda nəsə səs-küy eşitdim. Artıq mən silahla ora çatanda maşın yerində yox idi. Belə başa düşdüm ki, sakinlərin təkidi ilə futbolçu avtomobilini oradan götürüb”.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.