banner
banner

İdman

"Neftçi" - yeddinci biabırçılıq

"Neftçi" - yeddinci biabırçılıq

“Neftçi” Azərbaycan çempionatları tarixində 7-ci dəfə böyük hesabla məğlub olub. Topaz Premyer Liqasının XXXIII turunda ölkənin ən titullu klubunun qapısından 4 cavabsız top keçirən “İnter” 7-ci darmadağını rəsmiləşdirib.

 

“Araz-Naxçıvan”la cari mövsümün nəticəsi (0:3) ləğv olunan qarşılaşması nəzərə alınmasa, paytaxt klubu 5 dəfə 3, 2 dəfə 4 top fərqi ilə yenilib.

 

“İnter”ə qədər yalnız “Bakı” “ağ-qaralar”dan 4 top üstün olmuşdu. 2757 gün əvvəl “zolaqlılar” 5:1 hesabı ilə qalib gəlmişdi.

 

Ümumilikdə isə “Qarabağ”la “Bakı” hərəyə 2, “İnter”, “Qəbələ” və “Xəzər” isə 1 dəfə “Neftçi”ni böyük hesabla məğlub edib.

 

“Neftçi”nin Azərbaycan çempionlarındakı böyük hesablı məğlubiyyətləri

 

03.07.1992 “Xəzər” (Sumqayıt) – “Neftçi” (Bakı) - 3:0

20.10.2007 “Bakı” – “Neftçi” (Bakı) - 5:1

13.05.2011 “Qarabağ” (Ağdam) – “Neftçi” (Bakı) - 3:0

11.03.2012 “Qəbələ” – “Neftçi” (Bakı) - 4:1

31.08.2013 “Bakı” – “Neftçi” (Bakı) - 3:0

28.02.2014 “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam) - 1:4

08.05.2014 “İnter” (bakı) – “Neftçi” (Bakı) – 4:0

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.