Misirin sabiq prezidenti Hüsni Mübarək və iki oğlu korrupsiya işi üzrə üç il həbs cəzasına məhkum edilib. Məhkəmə həmçinin Mübarəki 21 mln Misir funtu (3 mln dollar) məbləğində cərimələyib.
Məlumata görə, Hüsni Mübarək Qahirə yaxınlığındakı “Tora” həbsxanasına köçürülüb.
Yerli mətbuatın xəbərinə görə, Hüsni Mübarəkin 2011-ci ildə həbs olunduğunu nəzərə alaraq həbs müddəti azaldıla bilər, lakin bununla bağlı hələlik heç bir məlumat verilmir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.