BMT baş katibi: “Putin öz xalqının sevgisinə layiqdir”
BMT baş katibi Pan Gi Mun mayın 9-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı onun ünvanına xoş sözlər deyib.
Baş katib “Putinin öz xalqının sevgisinə layiq olduğunu” söyləyib. Pan Gi Mun bu qənaətə paraddan sonra 100 minlərlə insanın Putini fəxarətlə salamlaması əsasında gəldiyini qeyd edib.
“Paraddan sonra mən küçələrdə yüz minlərlə insanı gördüm. Əvvəlcə mənə elə gəldi ki, onlar sizin hökumətinizə qarşı nümayiş keçirirlər. Ancaq onu gördüm ki, əksinə, onlar sizin hökuməti salamlayırdılar. Aydın görünürdü ki, bunu fəxrlə edirlər. Mən həqiqətən də düşünürəm ki, siz xalqın bu sevgisini qazanmısınız” – deyib təşkilat rəhbəri.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.