İraqın Diyala bölgəsindəki həbsxanada baş vermiş iğtişaşın yatırılması zamanı 28 nəfər həlak olub.
Cia-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, üsyan məhbusların yemək vaxtında başlayıb. Nəzarətçilər qarşıdurmanın qarşısının almağa, üsyanı sakitləşdirməyə çalışarkən 20 məhbus öldürülüb.
Nəzarətçilərdən isə 8 nəfərin dünyasını dəyişdiyi bildirilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.