banner
banner

Dünya

İğdırda 20 Yanvar şəhidləri anıldı

İğdırda 20 Yanvar şəhidləri anıldı

Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Cia.az-a verilən məlumata görə, İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşkilatçılığı ilə Kültür və Türizm Müdirliyinin konfrans zalında baş tutan tədbirdə İğdır valisi Hüseyin Engin Sarıibrahim, Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) sədrinin birinci müavini Valeh Hacıyev, baş prokuror Serkan Başaran, Türkiyə və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub.

Tədbiri giriş sözü ilə açan İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar bildirib ki, 20 Yanvar ürəyindən və biləyindən başqa silahı olmayan, azadlığa susamış qəhrəman bir millətin müstəqillik mücadiləsi olub.

DİDK sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, 32 il öncə xalqımız dünyaya bir daha müstəqillik və azadlıq uğrunda savaşdığını nümayiş etdirib: “20 Yanvar Azərbaycan xalqına qarşı törədilmiş həm bir faciə, həm soyqırımı, həm də Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri idi”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.