Gürcüstan səfiri Bakı Ali Neft Məktəbində olub - FOTO
Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Bakı Ali Neft Məktəbində (BANM) olub.
Ali Məktəbin rektoru Elmar Qasımov öncə Bakı Ali Neft Məktəbinin kampusunu gəzən səfirə burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verib. Sonra keçirilən görüşdə Elmar Qasımov iki ölkə arasında mövcud olan münasibətlərdən bəhs edərək Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayıb. Təhsil sahəsində əməkdaşlığın vacibliyinə toxunan rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbinin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışırlar. Bakı Ali Neft Məktəbi ən müasir texnologiyalar və peşəkar pedaqoji heyətlə təmin olunmuş innovativ təhsil müəssisəsi kimi inkişaf edib.
Azərbaycanın Gürcüstan üçün mühüm strateji tərəfdaş olduğunu vurğulayan Zurab Pataradze gürcüstanlı gənclərin Bakı Ali Neft Məktəbində təhsil almalarında maraqlı olduqlarını ifadə edib və bu istiqamətdə hər cür dəstək verəcəklərini bildirib. Səfir SOCAR-ın Gürcüstanda neft sektorunun ən böyük investoru və ölkənin ən böyük vergi ödəyicilərindən biri olduğunu, yüksək sosial məsuliyyət daşıdığını vurğulayıb. Bildirib ki, şirkətin həyata keçirdiyi layihələr Azərbaycan və Gürcüstan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə töhfələr verir.
Sonda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Zurab Pataradzeyə Ali Məktəbin “Fəxri qonaq” plaketini təqdim edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.