banner
banner

İdman

Məmmədyarov yenə heç-heçə etdi

Məmmədyarov yenə heç-heçə etdi

Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.

Cia.az xəbər verir ki, 37 yaşlı qrossmeyster XI turda rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 23-cü gedişdə heç-heçəyə razılaşıb.

Xallarını 6,5-ə çatdıran təmsilçimiz 4-cü pillədə qərarlaşıb. Günün digər görüşlərindən sonra Məmmədyarovun mövqeyində dəyişiklik ola bilər.

Turnir cədvəlinə isə 7 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.