banner
banner

İdman

Veloyürüş başa çatdı - FOTOLAR

Veloyürüş başa çatdı -

Bu gün ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Tour d`Azerbaidjan-2015” beynəlxalq veloyürüşü başa çatıb.
Ölkəmizi bu mötəbər turnirdə təmsil edən “Synergy Baku Cycling Project” kontinental komandasının rəqibləri arasında 4 prokontinental, 15 kontinental və 4 milli komanda olub. Bunlar “Drapac Professional Cycling” (Avstraliya), “Androni Giocattoli” (İtaliya), “RUSVELO” (Rusiya), “Team Novonordisk” (hamısı prokontinental) və “Airgas Safeway Cycling Team” (ABŞ), “Adria-Mobil” (Sloveniya), “An Post-Chain Reaction” (İrlandiya), “LEOPARD Development Team” (Lüksemburq), “Giant-Champion System” (Çin Xalq Respublikası), “Tusnad” (Rumıniya), “MLP Team Bergstrasse” (Almaniya), “Banska Bystrica” (Sloveniya), “Torku” (Türkiyə), “CCN Cycling Team” (Laos), “Hrinkow Advarics” (Avstriya), “Parkhotel Valkenburg” (Niderland), “Dukla Praha” (Çexiya), “MINSK” (Belarus), “Cycling Academy Team” (İsrail), “Team Tavira” (Portuqaliya) (hamısı kontinental) komandaları, habelə Macarıstan, Estoniya, Yunanıstan və Qazaxıstanın milli komandalarıdır.
Bu mötəbər yarışlarda komandamızı Elçin Əsədov, Maksim Averin, Samir Cəbrayılov, Matey Muqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviç təmsil ediblər.
Mayın 10-da paytaxt küçələrində veloturun 144 kilometr məsafəni əhatə edən yekun mərhələsi keçirilib.
“Rusvelo” komandasının təmsilçisi Sergey Firsanov yekun mərhələnin qalibi olub. Qazaxıstan yığmasının üzvü Aleksandr Şuşemoin finişə ikinci, “Synergy Baku” təmsilçisi M.Muqerli isə üçüncü gəlib.
“Adria Mobayl” komandasından Primoj Roqlits ümumi hesabda lider olub. Onun ardınca Yasper Oskeloyen (“Parkotel Valkenburq”), Matey Muqerli (“Synergy Baku”) gəlirlər.
Ümumilikdə velotur iştirakçıları beş mərhələdə ərzində 867 kilometr məsafə qət ediblər.
Yarışların yekunlarına görə, komanda hesabında birinci yeri Azərbaycanın “Synergy Baku” komandası tutub.
“Synergy Baku”nun şərəfini qoruyan A.Surutkoviç ən yaxşı dağ yürüşçüsü kimi qırmızı mayka, “Adria Mobayl” komandasından Marko Kump ən yaxşı sprinter kimi yaşıl mayka, “Dukla”nın nümayəndəsi Frantişek Sisr ən yaxşı gənc veloyürüşçü kimi yasəməni mayka, “Tour d`Azerbaidjan-2015” veloturunun ən yaxşı veloyürüşçüsü olmuş P.Roqlits (“Adria Mobayl”) isə mavi mayka alıb.

"Synergy Baku"nun üzvü M.Averin veloturun ən yaxşı azərbaycanlı iştirakçısı olub.

İdmançılara mükafatları veloyürüşün Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov təqdim edib.












Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.