banner
banner

İdman

FİFA-dan "Bakı"ya - yarım milyonluq sanksiya

FİFA-dan "Bakı"ya -
FIFA "Bakı” klubuna daha bir sanksiya tətbiq edib. Ali futbol qurumunun Mübahisələrin Həlli Palatası paytaxt təmsilçisinin iki sabiq futbolçusuna üst-üstə 530 min dollar cərimə ödəməli olduğuna dair qərar qəbul edib.
Həmin oyunçular Evangelos Mantsios və Leandro Beçerradır. "Bakı” Mantsiosa 280 min dollar, Beçerraya isə 250 min dollar ödəməlidir. Cərimə vaxtında ödənilməsə, hər gün üçün ümumi əmək haqqının 0,5 faizi məbləğində ümumi sanksiyaya əlavə olunacaq.
Hər iki futbolçu 2012-2013-cü il mövsümündə Bojidar Bandoviç baş məşqçi olduğu vaxt "Bakı"ya transfer olunub. Yunanıstanlı hücumçu Mantsios 8 oyuna 2 qol vurub. Argentinalı yarımmüdafiəçi Beçerra isə 4 oyunda çıxış edib. Lakin onlar 2013-2014-cü il mövsümündə komandadan göndəriliblər. Futbolçular məhz həmin mövsüm üçün də müqavilələrinin qüvvədə olduğunu bildirərək, FİFA-ya şikayət ediblər.
Qeyd edək ki, ötən il "Bakı” Aleksandr Tomovskiyə 78 min 499 dollar, Ruslan Leviqaya 59 min 975 dollar ödəyib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.