banner
banner

İqtİsadİyyat

“Ağsaray Residence” məhkəməyə verildi - Gömrük qanunvericiliyini pozub

“Ağsaray Residence” məhkəməyə verildi - Gömrük qanunvericiliyini pozub

Tanınmış tikinti şirkəti "Ağsaray Residence" Mənzil-Tikinti Kooperativi barəsində məhkəmə iddiası qaldırılıb.

Cia.az xəbər verir ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.

 

"Ağsaray Residence" rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 485.2-ci ( idxal bəyannaməsinin verilməməsi) maddəsinin tələblərini pozub. İddiaya Nərimanov Rayon Məhkəməsində baxılacaq.

Şirkətdən saytımıza bildirilib ki, məhkəmə iddiası bina üçün alınan qapılarla bağlıdır. Belə ki, xaricdən alınan qapılar sərhəddən keçirilərkən gömrük orqanlarına bəyan edilməyib. “Ağsaray Residence” rəsmisi daşıyıcı şirkəti məsuliyyətsizlik etməkdə ittiham edib.

Qeyd edək ki, “Ağsaray Residence” Ağ Şəhər kompleksində yerləşir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

MİDA mənzillərinin satışı ilə bağlı RƏSMİ AÇIQLAMA

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixində güzəştlə satışı prosesi başlamamışdan öncə ictimai əhəmiyyətli infrastruktur obyektləri olan dövlət orqanlarının informasiya sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkar edilmişdir.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,74 ABŞ dolları, yaxud 1,78 % azalaraq 95,86 ABŞ dolları təşkil edib.

Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin noyabr müqaviləsinin dəyəri 1,49 azalaraq 1 barelə görə 91,46 dollar təşkil edib.

Dollarla bağlı VACİB XƏBƏR

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

 "Bank Respublika" cibimizə NECƏ GİRİR... - İLGİNC

Azərbaycanda bank sistemi bir fəlakətdir. Müştərilər nadir hallarda bank xidmətlərindən razı qalırlar. Çünki banklar vətəndaşa deyil, özünə xidmət prinsipini kredo seçiblər. Belə yanaşma isə heç bir halda insanları məmnun edə bilməz. Odur ki, tez-tez sosial şəbəkə platformalarında, onlayn mediada, həmçinin müxtəlif müraciət və şikayət məktublarında bankların bərbad, soyğunçu, müştərilərin cibinə girən siyasətindən bəhs olunur.

Bahalaşma GÖZLƏİLİRMİ? - AÇIQLAMA

“Aİ-95 markalı benzinin qiymətinin qalxması Azərbaycanda istehsal olunmaması ilə bağlı idi. Bu qiymətlər dünya standartlarına uyğun olaraq tənzimlənməli idi. Bununla bağlı mütəxəssislər də fikirlərini bildiriblər.