banner
banner

Sİyasət

TƏCİLİ: Prezidentdən MÜHÜM SƏRƏNCAM

TƏCİLİ: Prezidentdən MÜHÜM SƏRƏNCAM

Azərbaycanda Qarabağ Milli Parkı yaradılır.

Cia az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sənəd xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, işğaldan azad edilmiş ərazilərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasını, regionun zəngin ekosisteminin və təbii irsinin beynəlxalq miqyasda təbliğini və tanıdılmasını, biomüxtəlifliyin bərpasını və qorunub saxlanılmasını, təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi ilə sosial-iqtisadi imkanların artırılmasını və ekoturizmin inkişafını təmin etmək məqsədi daşıyır.

Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcər rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 13514,98 hektar, Şuşa rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 5314,34 hektar və Laçın rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 217,09 hektar ayrılaraq və xüsusi qorunan ərazilərin torpaqları kateqoriyasına aid edilməklə, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 88418,00 hektar sahədə Qarabağ Milli Parkı yaradılır.

Nazirlər Kabinetinə sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncamda bildirilir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tarixən zəngin və özünəməxsus təbii irsə malikdir.

Ermənistan tərəfindən işğal altında saxlanıldığı müddət ərzində bu ərazilərdə bioloji müxtəlifliyə ciddi ziyan vurulub, Azərbaycanın "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilmiş nadir bitki və heyvan növləri məhv edilib. Bütün bunlar bütövlükdə regionda ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb.

Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin ekoloji tarazlığının, o cümlədən təbii ekosistemlərinin və zəngin biomüxtəlifliyinin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin yenidən qurulması, regionun təmiz ətraf mühit və "yaşıl artım" zonasına çevrilməsi istiqamətində tədbirlər həyata keçirilib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində Bəsitçay Dövlət Təbiət Qoruğunun və Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti Böyük Qayıdış çərçivəsində bərpa edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı Sərəncam

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə, eləcə də onların reabilitasiya vasitələri və reabilitasiya xidməti ilə təmin edilməsi 2022-2029-cu illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçiriləcək.

Prezident onları təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli Məclisdən SƏRT BƏYANAT: “İstənilən həmlə cavabsız qalmayacaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında dövlətimizin orta güc olaraq meydana çıxması, qətiyyətli xarici siyasəti, beynəlxalq nüfuzunun ildən-ilə artması, beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfə, regional tranzit dəhlizlərindəki strateji əhəmiyyəti və ölkədaxili siyasi-iqtisadi sabitlik xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyasını xeyli artırıb.

Prezident İlham Əliyevdən MÜHÜM FƏRMAN

Prezident İlham Əliyev "Rəqəmsal rabitə" informasiya sisteminin (RRİS) yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Türkmənistan Prezidenti Azərbaycana GƏLDİ

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.